Bakının mərkəzi küçələrindən biri təmirə bağlanır

Bu gün Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bunu APA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, bu gecə saat 00:00-dan etibarən paytaxtın Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinədək yol bağlanacaq. Buna səbəb yolda yeni asfalt-beton örtüyünün salınmasıdır.

P. Mürsəliyev sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət bilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri