Xəzərdə 5 baldan yuxarı zəlzələ baş verib
- 07.06.2014, 15:54,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün səhər saatlarında Azərbaycanda növbəti zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla 11:05-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5.4 bal, dərinliyi 84 km olub. Zəlzələ hiss olunub.
Qeyd edək ki, bu gün saat 03:18-də Xəzərdə hiss olunmayan zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.1 bal, dərinliyi 45 km olub.