Abdullah Gül: Türkiyə-İran əməkdaşlığı regionun inkişafına yardım edəcək

Türkiyə-İran əməkdaşlığı bütün regionun inkişafına yardım edəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül iranlı həmkarı Həsən Ruhani ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Xatırladaq ki, iyunun 9-da H.Ruhaninin Türkiyəyə ikigünlük səfəri başlayıb. Səfər A.Gülün dəvəti ilə baş tutur.
A.Gül qeyd edib ki, İran dövlət başçısının Türkiyəyə səfəri Ankara-Tehran münasibətlərini daha da möhkəmləndirəcək: "İran Prezidentinin Türkiyəyə səfəri tarixi xarakter daşıyır və bu, Ankara-Tehran münasibətlərini daha da möhkəmləndirəcək".
Türkiyə Prezidenti bildirib ki, İran öz iqtisadi potensialı ilə Türkiyənin çox vacib qonşusudur: "Ruhani ilə cari görüşüm, iqtisadi və regional məsələlərin müzakirəsi İran-Türkiyə ikitərəfli əlaqələrinin səviyyəsinin göstəricisidir".
Qeyd edək ki, H.Ruhaninin bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri