Yevlaxda polis əməkdaşı xidməti avtomobili qatara çırpıb, ölən var

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1990-cı il təvəllüdlü  Ruslan Quliyev idarə etdiyi  xidməti “Chevrolet Niva” markalı maşını Bakı-Tbilisi dəmir yolu xəttinin Yevlax şəhərindən keçən hissəsində hərəkətdə olan qatara çırpıb.
 
Nəticədə avtomobildə olan sərnişin, rayonun Nemətabad kənd sakini Elməddin Həsənov hadisə yerində dünyasını dəyişib. Sürücü özü isə ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri