Mingəçevirdə minik maşını ilə motosiklet toqquşub, 3 nəfər ölüb
- 11.06.2014, 11:43,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mingəçevirdə baş verən yol qəzasında ölənlərin adları açıqlanıb.
Mingəçevir Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumatına görə, hadisə gecə saatlarında şəhərin Nərimanov prospektində qeydə alınıb.
Minik maşını ilə motosikletin toqquşması nəticəsində 2 nəfər hadisə yerində, 1 nəfər xəstəxanada dünyasını dəyişib. Ölənlər motosikletin sürücüsü və sərnişinləri - Mingəçevir sakinləri 52 yaşlı Mustafayev Sofiq Müseyib oğlu, 24 yaşlı Mustafayev Rasim Sofiq oğlu və 16 yaşlı Səfərov Mirsahib Namiq oğludur.
Faktla bağlı polis şöbəsində araşdırmalara başlanıb.