Azərbaycanda daha 10 mehmanxanaya lisenziya verilib

Azərbaycanda daha 10 mehmanxanaya lisenziya verilib Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi aprel ayı ərzində 10 mehmanxanaya mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, lisenziyalar Azərbaycan Prezidentinin 02.09.2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a uyğun verilir.

Lisenziyalar Qax rayonunun İlisu kəndi ərazisində yerləşən "Uludağ" istirahət mərkəzi, Kürdəmirdə yerləşən "Kürdəmir" moteli, Zaqatalada yerləşən "İS Hotel" mehmanxanası, Bakıda yerləşən "ELİTE HOTEL", "NRS", "Ramada Hotel & Suites Baku", "HALE KAI" mehmanxanaları, Şəmkirdə yerləşən "Sərxan" mehmanxanası, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən "Sunset Beach" istirahət mərkəzi və Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən "Çahargah" mehmanxanasına fəaliyyət göstərməsi üçün verilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri