Naxçıvanda dəhşətli yol qəzası olub, 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən KamAZ markalı hərbi maşın minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə ölüb.

Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ölənlərin arasında azyaşlı da var.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı yük maşınından olan hərbi qulluqçulardan biri yüngül xəsarət alıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri