Bakıda dələduz qadın tutulub

Bakıda dələduzluğa görə axtarışda olan qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Sevinc Qulubəkova tutulub.

Qeyd edək ki, 42 yaşlı S.Qulubəkova barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarış elan edilmişdi.
Şərhlər
Hadisə bölməsinin xəbərləri