Bakıda yük maşını aşıb

Aeroport yolunda yol qəzası baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə bu gün saat 17.30 radələrində qeydə alınıb.

“Hyundai” markalı yük maşını idarəetməni itirərək dayanacağa çırpılıb və aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri