Avstraliya FIFA-nı məhkəməyə verə bilər
- 13.06.2014, 23:46,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avstraliya hakimiyyəti 2022-ci il dünya çempionatının təşkili hüququnu əldə etmək üçün sifariş kampaniyasına xərclədiyi 28 milyon avro ilə bağlı təzminatın ödənilməsi tələbi ilə FIFA-nı məhkəməyə vermək imkanını nəzərdən keçirir.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Avstraliyanın idman naziri Piter Datton deyib.
Onun sözlərinə görə, Avstraliya DÇ-2022-nin təşkilatçı ölkəsinin seçilməsi zamanı Qətərin məmurların səsinin rüşvət müqabilində satın alınması ilə bağlı məlumatlar fonunda bütün imkanları nəzərdən keçirir: "Yekun qərar iyulun ortasında FIFA-nın müstəqil araşdırmasından sonra veriləcək".
Qeyd edək ki, səsvermə zamanı Qətər Avstraliyanı 1 səs qabaqlamışdı.