Kürdəmirdə maşından düşən 10 yaşlı uşağı digər avtomobil vuraraq öldürüb
- 14.06.2014, 22:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kürdəmir rayonunda azyaşlı uşaq faciəli şəkildə dünyasını dəyişib.
Rayon Polis Şöbəsindən APA-nın verilən məlumata görə, hadisə bu gün saat 10:30 radələrində Kürdəmir-Mollakənd yolunda qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Qasımov Samir Alay oğlu atasının idarə etdiyi minik avtomobilindən aşağı düşərkən qəflətən onun yanından keçən digər avtomobil, 1965-ci il təvəllüdlü Eldar İsmayılovun idarə etdiyi “QAZel” markalı yük maşını tərəfindən vurulub. Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçsa da, o polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.