Kiyevdə Ukrayna ilə Rusiya arasında qaz danışıqları nəticəsiz başa çatıb

Kiyevdə iyunun 14-də keçirilən qaz danışıqları nəticəsiz başa çatıb, növbəti danışıqların vaxtı isə hələlik müəyyənləşməyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın “Qazprom” şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.

“Ukrayna Energetika və Kömür Sənayesi Nazirliyində keçirilən danışıqlar gecə yarısına qədər çəksə də, nəticə əldə olunmadı. Danışıqların növbəti mərhələsinin vaxtı da məlum deyil”, – deyə S. Kupriyanov qeyd edib.

Qeyd edək ki, iyunun 14-də Kiyevdə qaz problemi ilə bağlı növbəti Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli məsləhətləşmələri keçirilib. “Qazprom” Ukrayna tərəfinin 16 iyun Moskva vaxtı ilə saat 10.00-a qədər 1,9 milyard dollar ödəməsini istəyir, əks halda Ukraynaya qaz ötürülməsində xüsusi rejim tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

AB-nin enerji komissarı Günter Öttinqer üçtərəfli danışıqların uğurla nəticələnəcəyinə dair şans qalır. O, danışıqların iyunun 15-də davam etdiriləcəyini də vurğulayıb.

Lakin Ukrayna tərəfi bəyan edib ki, danışıqlar bazar günü keçirilməyək, nə vaxt baş tutacağı da məlum deyil.
Şərhlər
Dünya bölməsinin xəbərləri