“Azərbaycanda porno film çəkilsəydi, rejissorların ağlına ancaq mən gələrdim”.
Bu günlərdə sosial şəbəkələrdə yayılan çimərlik geyimləri ilə böyük-səs küy doğuran müğənni Afaq Aslan deyir ki, bu addımı ilə gündəm yaradıb.
Live.Az xəbər verir ki, ifaçı Teleqraf saytına müsahibəsində daha cəsarətli şəkillər çəkdirəcəyini deyib.
- Afaq, çimərlik şəkillərinizdən sonra daha cəsarətli fotolarınız olacaq?
- Hələ bu harasıdır?! (Gülür) Mən hər zaman demişəm ki, açıq-saçıq geyinərəm, hətta şəkillər də çəkdirərəm. Amma ifrata varmamaq şərti ilə. İndi dəqiq nəsə deyə bilmirəm, həyatdır, hər şey ola bilər. Onu da deyim ki, yeni klipim gəlir. Yeni layihədir. Yaxın müddətdə təqdim edəcəyik. Azərbaycanda hələ indiyədək belə süjet xətti olan klip çəkilməyib. Klipimdə açıq-saçıq səhnələr çox olacaq.
- Yeri gəlmişkən, Facebook-da status yazdınız ki, sizdən əvvəl bir çox sənətçilər, soyunublar. Amma bu onlarda uğurlu alınmayıb. Bu status konkret olaraq kimə ünvanlanmışdı?
- Deyirlər ki, Afaq Aslan soyundu. Vallah, mən bu sənətdə nə ilk, nə də sonuncu soyunan deyiləm. Məndən əvvəl və hətta deyərdim ki, sonra da soyunanlar olub. Sadəcə olaraq, mən yadda qalıram, onlar isə yox. Çünki göstərə biləcək bir bədənləri yoxdur. Çox müğənnilər soyunur, onlar da yadda qalsın, niyə qalmır bəs? Müğənninin gərək bədəni elə olsun ki, soyunanda da tamaşaçı ondan zövq ala bilsin. Yəqin ki, onlardan zövq ala bilmirlər ki, ona görə yadda qalmırlar.
- Nə əcəb, filmə çəkilmirsiniz?
- Çimərlik şəkillərimdən sonra yerli telekanallardan birində nümayiş olunacaq serialda baş rola çəkilmək təklifi aldım. Rejissor dedi ki, sənin şəkillərini gördüm, bədən ölçülərini bəyəndim. Söylədi ki, həmin rola məhz məni yaraşdırır.
Sonra məlum oldu ki, serialda açıq-saçıq səhnələr olacaq. Buna görə təklifi rədd etdim. Onu da deyim ki, Azərbaycanda porno film industriyası inkişaf etməyib.
Amma əminəm ki, bizdə porno film çəkilsəydi, bütün rejissorların ən böyük arzusu məni çəkmək olardı. Onların ağlına ancaq mən gələrdim.