Azərbaycanda 10 yaşlı uşaq çayda batıb
- 16.06.2014, 15:35,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 10 yaşlı uşaq çayda batıb. APA-nın məlumatına görə, hadisə Zaqatala rayonunda qeydə alınıb.
Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Raul Aqil oğlu Əmiraslanov Katex çayında çimərkən boğularaq ölüb. Uşağın meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Zaqatala rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Polisdən həmçinin bildirilib ki, çayda boğulan uşağın atası Daxili Qoşunların zabitidir.
Faktla bağlı araşdırma aparılır.