Azərbaycanın təhsil naziri “Son zəng”lə bağlı açıqlama verib
- 21.05.2013, 15:38,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Məktəblərdə “Son zəng”in keçirilməsi ilə bağlı lazımi işlər görülüb”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, “Son zəng” gənclərin xoş emosiyalarla yaddaqalan günlərindən biridir: “Biz özümüz də orta məktəb şagirdi olmuşuq. Ona görə də hər bir dövlət məmurunun, Təhsil Nazirliyinin, yerli təhsil şöbələrinin rəhbərlərinin, məktəb direktorlarının işi bundan ibarətdir ki, gənclərimizin yaddaşında “Son zəng” xoş xatirələrlə qalsın”.
Nazir bildirib ki, rəhbərlik etdiyi qurum aidiyyəti təşkilatlarla birgə bu prosesi uğurla həyata keçirmək üçün zəruri işləri davam etdirir.