Bakıda dəhşət: 58 yaşlı kişi ev sahibin 6 yaşlı qızını zorlayıb

Bakıda 58 yaşlı kişi 6 yaşlı qızı zorlayıb.

APA TV-nin məlumatına görə, bununla bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət olunub.

Müraciətdə bildirilir ki, Binəqədi kəndi ərazisində kirayədə qalan Salyan rayon sakini, 58 yaşlı kişi ev sahibinin azyaşlı qızına təcavüz edərkən, uşağın anası bunu görüb. Qadın qızını xilas etmək üçün kişi ilə əlbəyaxa olub və kirayənəşinin başına küt alətlə zərbə endirib. Bundan sonra həmin kişi oradan qaçıb və qadın da polisə məlumat verib. Uşağa qarşı seksual hərəkətlər törətməkdə təqsirləndirilən şəxs yaxlanıb.

Zorlandığı ehtimal olunan qız tibbi ekspertizadan keçiriləcək. Tibbi ekspertizanın rəyindən sonra hüquqi qiymət veriləcək. Araşdırmalar davam edir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri