İraq polisi Telaferi tərk etməzdən əvvəl həbsdə olan 60 türkməni edam edib

İraq polisi Telaferi tərk edən zaman həbsxanada saxlanan 60 türkməni qətlə yetirib.

Bu barədə İraq Türkmən Cəbhəsinin Telafer 1-ci Büro təms ilçisi Hazım Dövlət bildirib. Onun sözlərinə görə, dünən gün ərzində İraq hökumətinə bağlı polislərlə İŞİD terrorçuları arasında döyüş gedib, Bakı vaxtı ilə saat 04.00-da İŞİD Telaferə nəzarəti tam ələ keçirib. Telafer Polis İdarəsində çalışan iraqlı polislər şəhərdən qaçmazdan əvvəl müxtəlif ittihamlara görə nəzarətdə saxlanan 60 türkməni edam edib. Polislər şiə türkmənlərlə birlikdə Sincar öblgəsinə qaçıblar. Hazım Dövlət İraq vertolyotlarının bu gün Telafer səhiyyə mərkəzinin binasına havadan 3 dəfə zərbə endirdiyini də deyib.
telafer 2 videosunun mətnidir
Şərhlər
Dünya bölməsinin xəbərləri