Bakıda sərxoş sürücü qəza törədib, özü və oğlu yaralanıb

Gecə saatlarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində içkili sürücü yol nəqliyyat hadisəsi törədib.

APA TV-nin məlumatına görə, sürücü Zaur Əliyev "Mercedes" markalı avtomobillə Türkan qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn sürücüsü məlum olmayan digər "Mercedes" onu vurub.

Zərbə güclü olduğundan qəzanı törədən "Mercedes"in sürücüsü və oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə gələn Yol-Patrul Xidmətinin əməkdaşlarının apardığı ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya səbəb olan "Mercedes"in sürücüsü içkili olub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri