Dünya Çempionatı: Qana-ABŞ – 1:2, Almaniya – Portuqaliya – 4:0
- 17.06.2014, 07:43,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Günün ilk matçında (G qrupu) Almaniya yığması Portuqaliyanı darmadağın edib – 4:0.
Toplardan üçünü Tomas Müller vurub. Bu Dünya Çempionatı-2014-ün ilk het-trikidir. Daha bir qolu Mats Hummel vurub.
G qrupu
Almaniya – Portuqaliya - 4:0
Qol: Müller, 12 (penalti); 45; 78; Hummels, 32
Braziliyada keçirilən dünya çempionatında ABŞ millisi Qana yığmasına qalib gəlib.
APA TV-nin məlumatına görə, qarşılaşma amerikalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
ABŞ millisi hesabı oyunun ilk dəqiqəsində açıb. 30-cu saniyədə afrikalıların qapısından topu Klint Dempsi keçirib.
Bu, hazırkı turnirdə ən tez vurulmuş qoldur. Ümumilikdə isə Klint Dempsinin qolu dünya çempionatları tarixində beşincidir. Dünya çempionatlarının ən tez vurulan qolu Türkiyə millisinin hücumçusu Hakan Şükürə məxssusdur. O, 2002-ci ildə Cənubi Koreya millisi ilə üçüncülük uğrunda qarşılaşmada vurduğu qolla tarixi nəticəyə imza atıb və bu nəticə heç vaxt təkrarlanmayıb.
Qana millisi hesabı oyunun 81-ci dəqiqəsində bərabərləşdirib. Asamoa Qyanın ötürməsindən sonra Andre Ayyu yaxın məsafədən topu qapıya göndərib. Amma qanalıların sevinci uzun sürməyb. 86-cı dəqiqədə Bruks ABŞ millisinin ikinci qolunu vurub və hesabı 2:1-ə çatdırıb.
Qeyd edək ki, bu oyuna qədər ABŞ və Qana milliləri üç dəfə qarşılaşmışdılar. İlk dəfə 1983-cü ildə amerikalıları yoldaşlıq oyununda məğlub edən Qana millisi Almaniya və Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatlarında da 2:1 hesabı ilə qalib gəlmişdilər.
Dünya çempionatının beşinci oyun günündə ilk qolsuz nəticə qeydə alındı.
İran və Nigeriya millilərinin qarşılaşmasında qol vurulmadı. Bu, həm də çempionatın ilk heç-heçəsidir. Bundan əvvəlki 12 oyunun hamısı komandalardan birinin qələbəsi ilə başa çatıb.
Qarşılaşmaya gəldikdə, komandalar təxminən bərabər oyun nümayiş etdirdilər.
Oyunun gedişində Nigeriya millisində kapitan dəyişikliyi oldu. Qapıçı Vensan Eyyama kapitan sarğısını Türkiyənin "Fənərbaxça" klubunun oyunçusu Cozef Yoboya təhvil verdi.
Daha bir maraqlı məqam isə İran millisinin heyətində erməni əsilli Andronik Teymuryanın da çıxış etməsi oldu. O, qarşılaşmanın 75-ci dəqiqəsində sarı kart aldı.
Bu heç-heçədən sonra İran və Nigeriya milləlirə hərəyə 1 xal qazandılar. Onlar turnir cədvəlində 2-3-cü yerləri bölüşdürürlər. Kvartetin lideri 3 xala sahib olan argenntinalılardır. Bsoniya və Hersoqovina millisinin xalı yoxdur.
İran millisi növbəti turda Argentina yığması ilə, nigeriyalılar isə Bosniya və Hersoqovina millisi ilə qarşılaşacaq.