Azərbaycanda 13 yaşlı abituriyent qəbul imtahanlarında iştirak edəcək
- 21.05.2013, 15:50,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 102 034 abituriyent sənəd verib. APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ərizələrin qəbulu aprelin 9-dan mayın 17-dək aparılıb. Onun sözlərinə görə, ərizələrini təsdiq etdirmiş 102034 abituriyentlərdən 69611 nəfəri bu il ilk dəfə olaraq ərizələrini Sənəd Qəbulu Komissiyasına getmədən özləri təsdiq ediblər. 32 min abituriyent isə sənədlərini Sənəd Qəbulu Komissiyalarında təsdiq edilib: “İnanıram ki, hərbi qulluğa qəbulla bağlı məlumat bazaları əvvəldən verilsə, demək olar ki, Sənəd Qəbulu Komissiyalarının və ora müraciət edənlərin sayı azalacaq. Komissiya tərəfindən indi müəyyən ərizələr araşdırılır. 1 həftə ərzində bütün dəqiqləşmələr başa çatdırılacaq”.
M. Abbaszadənin sözlərinə görə, bu il ali məktəblərə sənəd verənlər arasında oğlanların sayı bir qədər çoxdur. Onun sözlərinə görə, ən yaşlı abituriyent 1956-cı il, ən gənc abituriyent isə 2000-ci il təvəllüdlüdür. Bu il sənəd verənlərin 58 365 nəfəri bu ilin, 43 mini isə əvvəlki illərin məzunlarıdır.
TQDK sədri qeyd edib ki, qabiliyyət imtahanlarına abituriyentlərin qeydiyyatı ötən gün başa çatıb. Bu prosesin mayın 1-dən 20-dək aparıldığını deyən M. Abbaszadə bildirib ki, qabiliyyət imtahanlarında iştirak etmək üçün 5472 nəfər qeydiyyatdan keçib. Ən çox abituriyent bədən tərbiyəsi və idman ixtisası üzrə qeydiyyatdan keçib.