Bakıda "ZİL" yanıb, sürücü xəsarət alıb

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "ZİL" markalı yük avtomobilinin təkərləri və salon hissəsi yanıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Yanğın zamanı avtomobilin sürücüsü yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən 5 saylı Yanıq Mərkəzinə aparılıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri