Zəncirvari qəza nəticəsində Bakının əsas prospektində böyük tıxac yaranıb

Bakının Heydər Əliyev prospektində zəncirvari qəza baş verib.

APA-nın xəbərinə görə, “Mercedes” “BMW” və “Toyota-Prado” markalı avtomobillərin toqquşması nəticəsində yolda böyük tıxac yaranıb. Yol polisi üzü şəhər istiqamətində nəqliyyatın hərəkətini tənzimləməyə çalışsa da, şəhərdən “Koroğlu” metrosu istiqamətində hərəkət tam dayanıb.
 
Qəza zamanı xəsarət alan olmayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri