Bakıda 54 yaşlı qadın rəfiqəsini qətlə yetirib
- 18.06.2014, 12:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
[right][/right]Bakıda qətl törədilib.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Alı Mustafayev küçəsində yerləşən mənzillərdən birində baş verib. Orada yaşayan, 1960-cı il təvəllüdlü Lalə Əziz qızı Apayeva aralarında yaranmış mübahisə zəminində rəfiqəsi Nailə İntiqam qızı Vəliyevanı küt alətlə vuraraq öldürüb.
Hadisəni törədən L. Apayeva saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.