“Bakı Taxi” yayılan kütləvi ixtisarlarla bağlı xəbərlərə aydınlıq gətirib

“Bakı Taxi” MMC-nin bazası yenilənir.

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar artıq “London taksiləri”nin standartlarına uyğun sürücülər cəlb etmək istəyirik.
 
Bunu APA-ya açıqlamasında “Baku Taxi” MMC-nin maliyyə direktoru Vüqar İbrahimov deyib.
 
O bildirib ki, bəzi KİV-in yazdığı kimi şirkətdə kütləvi ixtisar, o cümlədən böhran baş vermir. Əksinə, şirkətə son 6 ayda əlavə işçilər qəbul edilib.
 
“Hazırda 140 işçimiz var. Yayılan xəbɟə qəbul edilməsi ilə bağlı yerləşdirilən elanlar isə qarşıdan gələn I Bakı Avropa Oyunları ilə bağlıdır: “Biz ingilis dilindən anlayışı olan, naviqator və pos-terminallardan sərbəst istifadə edə bilən, eləcə də müasir-informasiya texnologiyalarının tətbiqinə başladığımız üçün o sahəyə meyli olan sürücülərə maraq göstəririk. Məqsədimiz bu cür sürücülərin yeni texnologiyalardan istifadə edən müştərilərlə daha kommunikativ olmasıdır”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri