ARDNŞ əməkdaşları qaz partlayışı nəticəsində həlak olublar
- 19.06.2014, 00:19,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qala" sahəsində bədbəxt hadisə baş verib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, iyunun 18-də "Azneft" İstehsalat Birliyi H.Z.Tağıyev adına NQÇİ-nin istismar etdiyi "Qala" sahəsində ləğv olunmuş köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilmiş 1249 nömrəli quyunun ağzında yığılmış qazın partlaması nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər.
Hadisənin səbəbləri araşdırılır.