Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik xassəli olması güman edilən bitki kolları aşkar edilib
- 19.06.2014, 00:22,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reyd zamanı qoruğun Balakən rayon inzibati ərazisinə aid olan Gərəkli sahəsinin 9 saylı dolayında 0.06 hektar sahədə narkotik xassəli bitki olması güman edilən 101 ədəd bitki kolunun əkilib-becərilməsi faktı aşkar olunub.
Faktla bağlı dərhal Balakən rayon Polis Şöbəsinə məlumat verilib və hazırda araşdırma aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.