Metroda qadını arxadan qucaqladı – Dava düşdü
- 19.06.2014, 19:19,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün səhər saat 09:30 radələrində Bakı Metropolitenində sərnişinlər arasında qalmaqal yaşanıb.
“Qafqazinfo” ans-ə istinadən bildirir ki, hadisə qatarda baş verib. Belə ki, qatar “İnşaatçılar” metrostansiyası ilə “Elmlər Akademiyası” stansiyası arasında gedərkən axırıncı vaqonda 30 yaşlı qadın gənc oğlana hücum çəkib. Qadın iddia edirmiş ki, gənc oğlan onu arxadan qucaqlayıb. Lakin oğlan iddiaları qəbul etməyərək, qadının yalan danışdığını bildirib.
Sərnişinlərin mübahisə etdiyi vaxt həmin gənc müvazinətini saxlaya bilməyib və qadının qolundan tutub. Bu hərəkət qadını daha da özündən çıxarıb. Oğlana əl atmaq istəyən qadına digər sərnişinlər mane olublar. Qadın gənci söyməyə başlayıb.
Ani baş verən hadisədən özünü itirən gənc qatar “Elmlər Akademiyası” stansiyasına çatan kimi qatardan düşüb. Gənc oğlan böyük bir çətinlikdən qurtulmuş kimi qaçaraq metrodan çıxıb.