Toni Adams: “Azərbaycandakı didərginlərin durumu məni çox təsirləndirmişdi”

“Qəbələ” İdman Klubu prezidentinin müşaviri Toni Adams “The Telegraf” qəzetinə açıqlamasında ( http://www.telegraph.co.uk/sport/football/teams/england/10898023/England-v-Italy-Roy-Hodgson-has-picked-the-wrong-defence-he-should-have-John-Terry-says-Tony-Adams.html ) Beynəlxalq Qaçqınlar günü münasibəti ilə iyunun 27-də Londonun “York Hall Leisure Centre” arenasında boks üzrə keçiriləcək xeyriyyə matçı haqqında məlumat verib.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi, Toni Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı şəraitində baş tutacaq boks gecəsində “Qəbələ” İdman Klubunun boksçuları ilə İngiltərənin “Repton” (əsası 1884-cü ildə qoyulub) Həvəskar Boks Klubunun boksçuları üzləşəcəklər. Xeyriyyə matçından toplanan vəsait azərbaycanlı qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcək.

AAC-dan APA-ya verilən məlumata görə, T. Adams bildirib ki, “Repton”un şərəfini qoruyacaq boksçular arasında keçmiş dünya çempionu Frank Bruno və Darren Barker, həmçinin Co Koul və Qari Mabbutt kimi məşhur “qara əlcək” sahiblərinin adları yer alıb.

“Mən 18 ay ərzində Azərbaycanda “Qəbələ” Futbol Klubunun baş məşqçisi kimi çalışmışam və ölkə haqqında müəyyən bilgilərə malikəm. Orada 875 minə yaxın məcburi köçkün və qaçqın var. Bu isə əhalinin hər on nəfərdən birini təşkil edir. Düz təlim meydançasının yanında məcburi köçkün qəsəbəsi var idi. Bu mənə çox təsir etmişdi”, - deyə Toni Adams qəzetə açıqlamasında vurğulayıb.
Şərhlər
İdman bölməsinin xəbərləri