Dələduzluqda təqsirləndirilən bank işçisi və tanışı məhkəmə zalından azadlığa buraxılıb
- 19.06.2014, 19:32,
- Iqtisadiyyat / Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AccessBank" QSC-nin "20 Yanvar" filialında kredit mütəxəssisi vəzifəsində işləmiş Kamal Fərəcov və tanışı Vüqar Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 7 il şərti cəza ilə cəzalandırılıb və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, onlar qabaqcadan əlbir olub özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2009-2010-cu illərdə ümumilikdə 59 şəxsin adına cəmi 108.0 min manat məbləğində pul vəsaitini kredit şəklində götürərək ələ keçirməkdə təqsirləndiriliblər.
Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə ittiham edilib.