AYİB gələcəkdə Azərbaycanda maliyyələşdirəcəyi sahələri açıqlayıb
- 19.06.2014, 19:33,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) gələcəkdə Azərbaycanda maliyyələşdirəcəyi bir sıra layihələrini açıqlayıb.
APA-nın məlumatına görə, bu layihələr barədə danışan AYİB-in kommunikasiya və ünsiyyət üzrə direktoru Conatan Çarlz bildirib ki, bunlardan biri maliyyə institutlarının inkişafıdır.
Onun sözlərinə görə, ikinci sahə isə kənd təsərrüfatı sahəsidir: “Birincisi, banklara kredit xətlərinin ayrılması məsələsi çox önəmlidir. Bu kredit xətləri enerji səmərəliliyini əhatə edəcək və enerji səmərəliliyi sahəsi üçün ayrılacaq. Eyni zamanda ölkədə kənd təsərrüfatına ayrılan kreditlər sahəsi öyrənilir. Bu layihə kənd təsərrüfatı sektorunun inkişafına dəstək verəcək”.
C.Çarlz qeyd edib ki, həmçinin korporativ sahələrə də maliyyə vəsaitləri ayrılacaq: “Bu gün banka yerli kiçik neft-qaz şirkətlərinin yaradılması üçün müraciətlər daxil olub. Müraciətlərin içində mebel sahəsinin inkişafı üçün də layihələr var. Amma bütün bu layihələr bu il ərzində həyata keçiriləcək”.
Sonda AYİB nümayəndəsi əlavə edib ki, bank Azərbaycan hökuməti ilə də əməkdaşlıqda maraqlıdır və yeni layihələrlə bağlı danışıqlar aparılır.