On il ərzində Azərbaycan ÜDM-in orta illik artımı 13 faiz təşkil edib

On il ərzində Azərbaycan ÜDM-in orta illik artımı 13 faiz təşkil edib 2003-2012-ci illərdə Azərbaycan ÜDM-in orta illik artımı 13 faiz, qeyri-neft sektorunda isə 10,6 faiz olub. Trend-in məlumatına görə, bu barədə cümə günü Baş nazir Artur Rasizadə parlamentdə ötən ilin yekunlarına dair hökumətin hesabatının müzakirəsi zamanı deyib.

"2003-2012-ci illərdə əsas kapitala investisiyalar 7,3 dəfə, iqtisadiyyat isə 3 dəfədən çox artıb. İqtisadiyyatın inkişafına investisiyalar 132 milyard dollar təşkil edib", - Rasizadə qeyd edib.

Onun sözlərinə görə, hesabat dövründə dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 20,5 dəfə, əhalinin gəlirləri 6,9 dəfə, orta aylıq əməkhaqqı 6,3 dəfə, pensiyaların orta hesabla həcmi 6,4 dəfə artıb. Bu dövr ərzində 1 milyondan artıq iş yeri açılıb, yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizədək azalıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri