Ukrayna prezidenti hərbi əməlliyatların iyunun 27-dək dayandırılacağını bəyan edib

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənub-şərqində güc strukturları tərəfindən aparılan hərbi əməliyyatların iyunun 27-dək dayandırılacağını bəyan edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN-inin rəsmi saytı məlumat yayıb.

“Terroristlər silahı yerə qoymalıdırlar. Bunu etməyənlər məhv ediləcəklər” – deyə Poroşenko bildirib.

Ukrayna prezidenti qeyd edib ki, atəşkəs müddətində hərbi əməliyyatlar yalnız cavab atəşi xarakterində mümkün ola bilər.
Şərhlər
Dünya bölməsinin xəbərləri