Qafqaz Universitetində yanğın olub
- 21.06.2014, 08:41,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gecə Qafqaz Universitetində yanğın olub.
APA-nın məlumatına görə, hadisə universitetin Xırdalan şəhərinin Heydər Əliyev küçəsində yerləşən binasında baş verib.
Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmov APA-ya bildirib ki, yanğın universitetin bufetində qeydə alınıb. Onun sözlərinə görə, bufetdəki soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib. Yanğın təxminən 25 kvadrat metr ərazini əhatə edib.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xırdalan hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunublar. Yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.