Ucarda 5 yaşlı uşaq ərik çərəzi yeyərək dünyasını dəyişib
- 22.06.2014, 01:52,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ucarda 5 yaşlı uşaq ərik çərəzi yeyərək dünyasını dəyişib.
Ucar Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Bağman kəndində baş verib. Bağman kənd sakini nəvəsi 5 yaşlı Abdullayev Əşrəf Emin oğlunu ağır vəziyyətdə xəstəxanaya gətirib. Xəstəyə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, Ə. Abdullayev dünyasını dəyişib. Mərhumun babasının dediyinə görə, o ərik çərəzini sındırıb yedikdən sonra vəziyyəti pisləşib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.