Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev vəfat edib
- 23.06.2014, 12:57,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.
Məlumatı APA-ya Dövlət Statistika Komitəsindən təsdiq ediblər. Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhumun dəfn mərasimi bu gün baş tutacaq.
Qeyd edək ki, A. Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.
1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.
İki övladı var.