Elmar Məmmədyarov: “Cənab Ruke Azərbaycan sərhədlərinin statusu ilə bağlı qanunlarımıza hörmət etməyib”
- 23.06.2014, 19:41,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) AŞ Nazirlər Komitəsinin sədri qismində çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa parıamentinin üzvü Fransua Roşbluanın Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Röne Rukeylə sualına cavab verərək, R. Rukenin Azərbaycan sərhədləri ilə bağlı qanunlarına hörmətsiz yanaşdığını vurğulayıb.
APA-nın Avropa müxbiri xəbər verir ki, E. Məmmədyarov bu suala Azərbaycanın xarici işlər naziri qismində cavab verəcəyini qeyd edərək bildirib ki, AŞPA üzvləri də qanun çərçivəsində hərəkət etməli, üzv ölkələrin qanunlarına hörmətlə yanaşmalıdırlar.
“Cənab Ruke bizim sərhədlərin statusu ilə bağlı qanunlarımıza hörmət etməyib. Azərbaycan belə qanunları qəbul etməkdə tək deyil və belə praktika başqa ölkələrdə də tətbiq olunur”, - deyə nazir qeyd edib.