Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi bayrağın cırılmasının səbəbini açıqlayıb
- 23.06.2014, 20:47,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidməti iyunun 22-də bayrağın endirilməsi ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya verilən məlumatda bildirilir ki, texniki göstəricilərə görə Dövlət Bayrağı küləyin sürəti saniyədə 28 metrə çatana qədər dirəkdə saxlanıla bilir.
“22.06.2014-cü il tarixinə olan hava proqnozunda küləyin güclü olacağı bildirilsə də, onun saniyədə 30-35 metrə çatacağı barədə heç bir məlumat olmayıb. Küləyin sürətinin qəflətən qısa müddət ərzində kəskin artdığını görərək, bayrağın endirilməsinə qərar verilib. Bayrağın endirilməsi prosesi 17 dəqiqə vaxt tələb edir. Çəkisi 350 kq, sahəsi 2450 kvadrat metr olan bayraq endirilərkən küləyin güclü təzyiqinə (saniyədə 33 m) tab gətirməyib” - deyə açıqlamada qeyd olunur.
İdarədən o da bildirilib ki, küləyin sürəti aşağı enən kimi Dövlət Bayrağı yenidən qaldırılacaq: “Hündürlüyü 162 metr olan bayraq dirəyi üçün külək heç bir təhlükə yaratmır”.