Bakının atmosfer havasında tozun miqdarı normadan 1,2-1,6 dəfə çoxdur
- 23.06.2014, 20:47,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Son günlər ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti nəticəsində Bakının atmosfer havasında tozun miqdarı normadan 1.2-1,6 dəfə çoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mərkəz rəisi Elcan Yuniszadə APA-ya açıqlamasında deyib ki, paytaxtın 9 məntəqəsində atmosfer havasının yoxlanılması ilə bağlı gündəlik olaraq 3 dəfə monitorinqlər keçirilir. Onun sözlərinə görə, son günlərdə paytaxtda tozun miqdarı normadan artıqdır: “Bakıda havada tozun qatılıq həddi 0,5 mq/kubmetr olmalıdır. Amma bu gün bu göstərici normadan artıqdır və atmosferdə tozun miqdarı 1,2-1,6 dəfə çoxdur. Tozun miqdarının artıq olması küləkli havalarda daha çox özünü büruzə verir. Şəhərdə tikinti-abadlıq, müəyyən təmir işləri aparılır ki, bu da küləkli havada tozlanmaya səbəb olur. Hazırda paytaxtda şimal-qərb küləyinin əsməsi toz qatının artmasına daha çox təsir edir”.