Azərbaycan klublarının ÇL və Avroliqadakı rəqibləri məlum oldu
- 23.06.2014, 20:50,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.
Püşkatma nəticəsində Azərbaycanın, "İnter" və "Qəbələ" klublarının I təsnifat mərhələsindəki rəqibləri məlum olub:
"Elfsborq" (İsveç) - "Tiraspol" (Moldova) / "İnter" (Azərbaycan)
"Mlada Boleslav" (Çexiya) - "Qəbələ" (Azərbaycan) / "Şiroki Briyeq" (Bosniya və Herseqovina)
Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.
Ölkə kubokunun son qalibi "Neftçi" isə II təsnifat mərhələsində "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro) oyununun qalibi ilə qarşılaşacaq.
İkinci təsnifat mərhələsinin oyunları isə 17-24 iyul tarixlərində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ"ın isə Çempionlar Liqasında rəqibi Maltanın "Valletta" komandası ilə olacaq.
Trend