Əhməd Davudoğlu İraqdakı türkmənlərin lideri ilə görüşüb
- 24.06.2014, 00:01,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, onlar İraqda hadisələrin gedişini diqqətlə izləyirlər və hadisələrin başqa bölgələrə yayılmasının qarşısını alınması məqsədi ilə danışıqları davam etdirirlər.
Trend TRT telekanalının saytına istinadən bu barədə xəbər verir.
XİN rəhbəri Davudoğlu İraqdakı türkmənlərin lideri Ərşad Salihi ilə görüşüb və onunla ölkədəki vəziyyəti müzakirə edib.
Davudoğlu bildirib ki, İraqda yaşayan türkmənlərə humanitar yardım ayrılacaq.
"Bizim üzərimizə bütün iraqlılar kimi türkmən qardaşlarımızın ehtiyaclarını təmin etmək məsuliyyəti düşür. Gecə və gündüz çalışaraq bizdən tələb olunanları edəcəyik. Qardaşlarımız Türkiyəyə etibar etməlidirlər",- Türkiyə XİN rəhbəri bildirib.