"Beynəlxalq Bank"ın səhmləri satışda
- 25.06.2014, 18:57,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmlərinin yerləşdirilmə müddəti artırılıb.
Bakı Fond Birjasından ANS-ə verilən məlumata görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 20 may 2014-cü il tarixli iclasının qərarına əsasən, 25 noyabr 2013-cü il tarixdə AZ1003004582 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin yerləşdirilmə müddəti 25 iyul 2014-cü il tarixinə qədər uzadılıb.
Bununla əlaqədar sözügedən səhmlərin emissiya prospektinin 21.2-ci bəndinə aşağıdakı dəyişikliklər edilib və həmin dəyişikliklər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən nəzərə alınıb: "Səhmlərin yerləşdirilməsinin başa çatma tarixi 25 iyul 2014-cü il tarixidir".