Bakı Metropolitenin vaqonlarında baş verən hadisələr heç də ürək açan deyil.
ANS TV-nin məlumatına görə, metronun Gənclik stansiyasından gələn qatar metronun 28 May stansiyasına çat-çatda tuneldə bir neçə dəqiqə qalıb. Məhz bu zaman vaqonda olan sərnşinilərdən biri ayaq üstə dayanmış xanıma yaxınlaşır və ona qarşı nalayiq hərəkət edir. Qadın hay-küy salandan sonra yaxınlaşan digər sərnişinlərdən qorxan şəxs aradan çıxır.
Elə bir neçə gün bundan əvvəld yenədə metroda anoloji vəziyyət təkrarlanmışdı. Bu haqda sosial mediada geniş müzakirələr də aparılmışdı.
Psixoloq Elnur Rüstəmov deyir ki, bu kimi hallar aqressivliyin nəticəsidir. Belə insanlar özlərinin psixoloji durumlarını yoxlatsalar daha yaxşı olar. Yay fəsli gələndə insanlar daha dinamik olurlar və onların dincəlməyə ehtiyacı olur. Kitab oxuya bilərlər, təbiətdə və ya dəniz kənarında vaxt keçirə bilərlər.
Həkim Araz Manuçehri qeyd edir ki, insanlar fərqlidirlər və hər kəs hər şeyi olduğu kimi qəbul etmir. “Xanımarın açıq-saçıq geyinməklərini mən normal qəbul edirəm. Amma başqaları bunu heçdə yaxşı qarşılamır.”
Odur ki, yaxınlarımızda, doğmalarımızda psixoloji pozğunluğu olan insanlar varsa onları tək qoymayaq. Çünkü heç bir insan sonradan başına gələcək hər hanıs bir xəstəlik və hadisədən sığortalanmayıb.