Gəncədə avtobus "VAZ"-a çırpılıb: 2 ölü, 4 yaralı
- 26.06.2014, 19:11,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə-Daşkəsən yolunun 1-ci km-də ağır yol qəzası baş verib.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, avtobusla minik maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daşkəsən istiqamətində hərəkətdə olan 7 saylı xətt üzrə hərəkət edən avtobus idarəetmənin itirilməsi nəticəsində qarşı tərəfdən gələn "VAZ 2106"-ya çırpılıb. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü 35 yaşlı İlqar Babayev hadisə yerində, onun 66 yaşlı anası Mahirə Babayeva isə xəstəxanada dünyasını dəyişib. Avtomobildəki sərnişin - sürücünün bacısı 45 yaşlı Tahirə Nağıyeva və avtobusdakı 3 sərnişin Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yerləşdiriliblər.
"İsuzu" markalı sərnişin avtobusunun baş verən nasazlıq səbəbindən idarəetmənin itirilməsi nəticəsində "VAZ"-la toqquşduğu bildirilir. Avtobusda sürücü və 16 sərnişin olub.
Polis hadisənin dəqiq səbəblərini araşdırır.