Bakıda 50 yaşlı kişi parkda qətlə yetirilib
- 28.06.2014, 12:05,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda qətl hadisəsi baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən Ramiz Aboyev adına istirahət parkında qeydə alınıb.
Zərdab rayonunda anadan olan, 1967-ci il təvəllüdlü Şəhriyar Qiyas oğlu Əhədov aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Namiq Ağa oğlu Ağayevi bıçaqlayaraq qətlə yetirib.
Polis və prokurorluq orqanlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Ş. Əhədov tutulub.
Faktla bağlı araşdırma aparılır.