Kolumbiya millisi Uruqvay yığmasını məğlub edərək DÇ-nin 1/4 finalına vəsiqə qazanıb
- 29.06.2014, 15:49,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Braziliyada təşkil olunan dünya çempionatında daha bir komanda 1/4 finala yüksəlib.
Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Çilini penaltilər seriyası ilə mübarizədən kənarlaşdıran meydan sahiblərinin ardınca, Kolumbiya millisi də 8 ən güclü sırasına vəsiqə qazanıb.
Uruqvayla qarşılaşan Xose Pokermanın komandası hesabı 28-ci dəqiqədə açıb. Ceyms Rodriqez uzaq məsafədən vurduğu gözəl qolla Kolumbiyanı önə çıxarıb. İkinci hissənin ilk dəqiqələrində Ceyms həm dublunu, həm də komandasının növbəti mərhələyə çıxmasını rəsmiləşdirib. İndi kolumbiyalıları 1/4 finalda daha çətin rəqib - Braziliya millisi gözləyir.
1/8 final
29 iyun
Kolumbiya – Uruqvay - 2:0
Qollar: Ceyms Rodriqez, 28; 50