Azərbaycan prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6.2-ci maddəsinin birinci cümləsində “qeydiyyata alınması” sözlərindən sonra “barədə çıxarışın verilməsi” sözləri əlavə edilib, “çıxarışın verilməsi üçün” sözləri “çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün” sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat vermək, Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların müvafiq qanuna uyğunlaşdırılmasını təmin etmək və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri