Bakının “Park Bulvar” ticarət mərkəzində oğurluq edən şəxs tutulub
- 02.07.2014, 00:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının "Park Bulvar" ticarət mərkəzində oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 25-də Səbail rayonu Bülbül prospektində naməlum şəxs Bakı şəhər sakini İsmayıl Orucova zor tətbiq edərək içərisində 50 manat və mobil telefonu olan pul kisəsini alıb.
Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Rüfət Qəhrəmanov iyunun 30-da tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 26-da "Park Bulvar" ticarət mərkəzində Bakı şəhər sakini Yadigar Ağayevə məxsus "KİA" markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.