BŞİH Hacıbala Abutalıbovun oğlunun həbsi barədə məlumatlara münasibət bildirib
- 02.07.2014, 19:46,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun həbs edilməsi barədə yayılan informasiyalara münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova APA-ya açıqlamasında bildirib ki, bəzi KİV-də İ. Abutalıbovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və şayiədir: “İsrafil Abutalıbov hazırda ailəsi ilə birlikdə Londonda yaşayır”.
Xatırladaq ki, bəzi KİV-də MTN-in Aşurbəy məscidində əməliyyat keçirdiyi və İ. Abutalıbovun həbs edildiyi barədə məlumatlar yayılıb.