Masallıda göldə üç uşaq batıb
- 03.07.2014, 08:11,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Masallı rayonunun Tiyəqani kəndində bədbəxt hadisə baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 18:30 radələrində rayonun Tüklə kənd sakinləri, 2005-ci il təvəllüdlü İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı, 2007-ci il təvəllüdlü Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 2004-cü il təvəllüdlü Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar.
Uşaqların meyitləri kənd sakinləri tərəfindən göldən çıxarılıb valideynlərinə təhvil verilib.
Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.