DÇ-2026: FİFA ABŞ-dan müraciət gözləyir
- 03.07.2014, 19:02,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ millisinin dünya çempionatının final mərhələsindəki çıxışı yeni iddiaya səbəb olub. Amerikalılar 2026-cı ildə keçiriləcək mundiala ev sahibliyi etmək həvəsinə düşüblər.
DÇ-1994-ün təşkilatçısı olan ABŞ 32 ildən sonra yenidən 32 komandanı bir araya gətirəcək məkana çevrilmək istəyir. Artıq FİFA-da da belə müraciətin gələcəyini gözləyirlər.
Qurumun baş katibi Cerom Valke şimali amerikalıların futbola marağının artmasından məmnundur: “ABŞ yığmasının oyunlarına maraq bizim üçün də xoş idi. Bu matçların reytinqi rekordları qırdı. Düşünürəm ki, ABŞ DÇ-2026-ya ev sahibliyi üçün namizədliyini verəcək”.
Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun məsləhətçi kimi fəaliyyət göstərdiyi ABŞ millisi Portuqaliya, Qana və Almaniyanın yer aldığı qrupda yalnız sonunculardan geri qalmışdı. Amerikalıları 1/8 finalın əlavə vaxtında Belçika yığması dayandırdı – 2:1.
Qeyd edək ki, Asiya və Avropa ölkələrinin qəbul edə bilməyəcəyi çempionata hələlik 3 iddiaçı var. Bunlar Kanada, Kolumbiya və Meksikadır. Lakin ABŞ və Mərakeş də potensial iddiaçılar sayılır.